Sənaye

BP qlobal neft-kimya biznesini satır

Böyük Britaniyanın BP şirkəti öz qlobal neft-kimya biznesini 5 mlrd. ABŞ dolarına "Ineos" şirkətinə satır.

ENA.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, razılaşdırılmış saziş BP yeniləməsində şirkətin balansını gücləndirəcək növbəti strateji addımdır.

Razılaşmaya əsasən, "Ineos" öncədən 400 mln. dollar, sövdələşmə bağlandıqdan sora isə 3,6 mlrd. dollar ödəyəcək. Qalan 1 mlrd. dolları şirkət hissələrlə 2021-ci il ərzində təmin edəcək.

Tərəflər sövdələşməni bu ilin sonunadək bağlamağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)