Vakansiyalar

Şirkət: ekspeditor axtarır - MAAŞ 700 MANAT

Şirkət: Azprotein Foods Group

Vakansiya: Ekspeditor

İş barədə məlumat

- Potensial müştərilərlə əlaqələr quraraq, şirkətin göstərdiyi xidmətlər və məhsullar haqqında təqdimatlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Soyuq zənglər, görüşlər həyata keçirməklə satışın təşkili
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
- Müştəri üçün koordinator rolunu icra etmək, ortaya çıxan problemləri həll etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 1 ay sınaq müddəti ( işçinin bacarığından asılı olaraq sınaq müddəti qısala bilər)
- İş qrafiki: 1-6 gün 08:00-dan 18:00-dək.
- Şirkət tərəfindən qoyulan planı 2 ay ərzində verməsə işçi işdən azad ediləcək

Namizədə tələblər

- Yaş: 23-35
- B və C kateqoriya sürücülük vəsiqəsinin olması mütləqdir
- Dil bacarıqları: Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır
- MS Office proqramlarını bilmək .
- Ət və Yarımfabrikat məhsullarını satışından anlayışı olan namizədlərə üstünlük verilir.
- Müştəri yönümlü düşüncə tərzi
- Özünə inam və əminlik
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı

Əmək haqqı: 700 AZN + əlavə olaraq satışdan bonus. mobil telefon xərcləri şirkət tərəfindən ödəniləcək.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində office@azprotein.az elektron ünvanına mövzu yerinə “Ekspeditor” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İş elnalarından daha tez xəbər tutmaq üçün aşağıda   FACEBOOK  səhifəmizi BƏYƏNİN! 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department