Gürcüstanda koronavirusun daxili yayılması dayanıb
“Gürcüstanda son sutkada qeydə alınan koronavirusa 3 yeni yoluxma halı idxal olunub”.
ENA.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan daxilində infeksiyanın yayılmamasının göstəricisidir: “Bu gün istifadə etdiyimiz tədbirlər epidemioloji vəziyyətə effektiv nəzarətə imkan verir”.