Kapital Bank işçi axtarır - VAKANSİYA
Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ağcabədi və Saatlı filialları
Öhdəliklər :
• Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
Tələblər :
• Ali təhsil
• Səbirli, təmkinli, təzyiqə davamlı
• Ünsiyyətqurma və izahetmə qabiliyyəti
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
• MS Office proqramları üzrə biliklər
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Məlumat xidməti / Reception – Ağcabədi" qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.