Sosial iqtisadiyyat

Azərbaycanda nöqsanlara görə işdən çıxarılan yüksək vəzifəli şəxsin yerinə TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.

ENA.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Rəfat Məmmədov nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru təyin edilib.

O, bundan əvvəl Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Göygöl Rayon Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərov vəzifəsindən azad edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göygöl Rayon Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərovun işdən azad edilməsi barədə yayılan məlumat doğrudur:

“Ümumiyyətlə, nazirliyin fəaliyyət sahələrində aparılan köklü islahatlar bu sahələrdə idarəetmə və əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın təminatına, inzibatçılığın təkmilləşdirilməsinə, sosial proqramların uğurlu icrasına, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin səmərəli təşkilinə xidmət edir.

Öz fəaliyyətini bu islahatlara uyğun qura bilməyənlər, tapşırılan vəzifəni tələb olunan səviyyədə yerinə yetirməyənlər, xüsusilə vətəndaşlara xidmət sahəsində ciddi nöqsanlara yol verənlər yeni kadrlarla əvəz edilirlər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)