BİZNES

Eminin Valeriya ilə ortaq biznesi çökür

Azərbaycanın Xalq artisti Emin Ağalarov, müğənni Valeriya və musiqi prodüseri İosif Priqojinin ortaq biznesi iflasa uğrayır.

Bu barədə Rusiya KİV məlumat yayıb. Qeyd olunub ki, hər üç məşhurun sahib olduğu “Good food style” sağlam qida şirkəti bağlanır.

Buna səbəb iki ildir fəaliyyət göstərən şirkətin satışlarının ürəkaçan olmamasıdır. Qeyd olunur ki, bir il sonra şirkət 4,7 milyon rubl ziyana düşüb. 2020-ci ilin mayında şirkət hər bir işçiyə 12 130 rubla bərabər minimum əmək haqqı ödəməsi üçün müvafiq orqanlara müraciət edib.

Xatırladaq ki, sözügedən şirkəti qurma təşəbbüsünü Valeriya irəli sürüb. O, uzun illərdir sağlam həyat tərzinə riayət edir. Sənətçinin həyat yoldaşı İosif Priqojin də bu üsulla xeyli çəki atıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)