OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirib
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 720 min barel olacağını proqnozlaşdırır.
ENA.az OPEC-in iyun ayı üzrə hesabatına istinadən bildirir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 70 min barel azalacaq.
Qeyd edək ki, bundan öncəki hesabatda 2020-ci il üzrə Azərbaycanda gündəlik neft hasilatı proqnozu 700 min barel həcmində idi.