Sosial iqtisadiyyat

Namiq Həsənova AzTV-də vəzifə verildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə jurnalist Namiq Həsənov təyin edilib.

ENA.az xəbər verir ki, N.Həsənov "MediaPost"a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Namiq Həsənov uzun illər sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mətbuat katibi olub.

Xatırladaq ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov bu gün vəzifəsindən azad olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)