Beynəlxalq şirkət Azərbaycanın qaz təchizatı sistemini yoxlayacaq: Müqavilə imzalandı
McKinsey & Company" beynəlxalq şirkəti Azərbaycanın qaz təchizatı sistemini yoxlayacaq. Bunun üçün Azərbaycanın Energetika Nazirliyi McKinsey & Company şirkəti ilə əməkdaşlığa başlayıb.
Buna görə McKinsey & Company beynəlxalq təcrübəyə əsaslanaraq, qaz təchizatı sisteminin səmərəliliyini artırmaq və istehlakçı tələbatını etibarlı şəkildə ödəmək üçün islahatlar məqsədilə təkliflər hazırlayacaq.
Diaqnostik nəticələrə əsasən Energetika Nazirliyi qaz təchizatı sistemindəki itkilərin qarşısının alınması, ölkədə qaz istehlakının təkmilləşdirilməsi və nəzarət sisteminin gücləndirilməsilə bağlı konkret addımlar atacaq.
Diaqnostika nəticələrinə əsasən qaz təchizatı sistemində bazar münasibətlərinə mərhələli keçid, investisiyaların səmərəliliyini artırmaq və normativ bazanı təkmilləşdirmək üçün də təkliflər hazırlanacaqdır. İslahatlar üçün tələb olunan qanunvericilik təşəbbüsləri "Qaz təchizatı haqqında" qanuna daxil ediləcək ", - deyə Energetika Nazirliyi qeyd edib.