Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma QEYDƏ ALINMAYIB
Gürcüstanda fevralın 26-dan etibarən ilk dəfə olaraq son 24 saat ərzində koronavirusa yeni yoluxma halı təsdiqlənməyib.
ENA.az xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, COVID-19-dan sağalanların sayı 20 nəfər artaraq 724-ə çatıb.
Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirus 879 nəfərdə aşkarlanıb. Onların 14-ü dünyasını dəyişib.
Gürcüstanda COVID-19-a ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb.