Vakansiyalar

Grand-Agro işçi axtarır - VAKANSİYA

Əlavə məlumat

- İş yeri – Qala zeytun bağı (əməliyyat ofisi)
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar şirkət tərəfindən qarşılanır
- 28 may və Koroğlu metrosundan avtobus servisi təşkil olunur.

Anbardar köməkçisi

Namizədə tələblər:

Təhsil - Orta-ixtisas təhsil (Ali təhsilli olması üstünlükdür)
Dil bilikləri : Azərbaycan dili
Təcrübə : 1 il anbar sahəsində
Kompyuterlə sərbəst işləməsi mütləqdir
Öyrənməyə və inkişafa yüksək həvəsli, enerjili və aktiv olmaq
Yaxşı ünsiyyət bacarıqları, Məsuliyyətli, detallara fikir vermək bacarıqları , operativlik

İşin təsviri:

- Mal-material qiymətlilərinin qəbulu, saxlanması və verilməsinə, anbar ərazisindən rasional istifadə etmə şərti ilə, həmçinin onların əldə olunmasının asanlaşdırılması şərti ilə yerləşdirilməsi işini icra edir.
- Anbarda olan mal-material qiymətlilərinin qorunmasına, saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasını icra edir;
- Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsini təşkil edir;
- Malı müşayiət edən sənədlərin toplanması, saxlanması və vaxtlı-vaxtında tədarükçülərə qaytarılmasını icra edir;
- Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak edir;
- Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun aparılmasında anbardara kömək edir.
- Anbar sənədlərinin mühasibatlıq sistemində işlənməsində anbardara köməklik edir.

Maraqlanan şəxslərin öz CV-lərini hr@grandagro.az email ünvanına “Anbardar köməkçisi” yazmaqla göndərmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department