Youtube-da videoların reklamsız işə salmaq üsulu tapılıb
Youtube istifadəçiləri yəqin ki, qıcıqlandıran reklamlar ilə tanışdılar. Video izləyən zaman bu cür qıcıqlandırıcı kontentlərdən yaxa qurtarmaq üçün istifadəçilər çox zaman brauzerlər üçün nəzərdə tutulmuş xüsus əlavələrdən istifadə edirlər. Lakin Reddit istifadəçilərindən biri Youtube reklamlarından çox sadə üsul ilə yaxa qurtarmağın yolunu tapıb. Bunun üçün brauzerə heç bir əlavə yükləməyə ehtiyac yoxdur. Bu barədə Androidauthority saytı xəbər verib.
Reddit-in u/unicorn4sale ləqəbli istifadəçisi Youtube-dakı hər bir videonun URL ünvanında “.com”-dan sonra adi nöqtənin qeyd olunmasını məsləhət görür. Məlum olub ki, URL ünvanda edilmiş bu kiçik dəyişiklik səhifəni elə “sındırır” ki, bir çox reklam elanları yüklənə bilmirlər. Maraqlısı ondadır ki, bu üsul Youtube servisinin həm veb versiyasında həm də mobil versiyasında çalışır. Mobil versiya dedikdə smartfonda brauzer vasitəsilə işə salınan Youtube nəzərdə tutulur.