AMEA-da iki yeni mərkəz yaradıldı
![](https://ena.az/uploads/news/2020-06/_ena_eabcd8118b0394928ff4fe48b_o.jpg)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib.
ENA.az xəbər verir ki, iclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.
İclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, akademiyanın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.