İŞ ELANI - İnsan Resursları mütəxəssisi - MAAŞ 1000-1500 MANAT
Şirkət: Delüks-Kamin MMC
Vakansiya: İnsan Resursları mütəxəssisi
Tələblər
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Menecment, psixologiya, hüquq və ya insan resursları sahəsində ali təhsil;
- Azərbaycan, rus dillərini bilməli;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;
İş barədə məlumat:
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
– Kadr tələbinin planlaşdırılması;
– Vəzifə təlimatlarının hazırlanması;
– Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
– Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
– İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
– Kadr bazasının yaradılması;
– Şirkət daxili prosedurların hazırlanması;
– İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
– Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
– Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
– Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
– Sosial müavinətlərin hesablanması;
– İşçilərin icbari sığortasının həyata keçirilməsi;
– Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
– İşçilərin davamiyyət uçotunun aparılaması;
– İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
– İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
– İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
Əmək haqqı 1000-1500 manat (təcrübəyə görə dəyişir)
Müraciət üçün;
a)- www.deluxekamin.com/careers/ Səhifəsinə CV göndərmənizi xahiş edirik
Və ya
b)- hr@deluxekamin.com ünvanına mail ile CV göndərə bilərsiniz.