Statuslar

Bizim texnoparkda cəmi bir rezident, Belarusda minlərlə: NİYƏ?

Bizim texnoparkda cəmi bir rezident , məsələn, Belarusun oxşar qurumunda minlərlə rezident fəaliyyət göstərir.

İnnovasiyalar Agentliyinin Mingəçevir Yüksək Texnologiyalar Parkında neçə rezident olduğunu düşünürsünüz?

Cavab : Cəmi bir rezident, HiTech şirkəti fəaliyyət göstərir (Acer kompüterləri istehsal edir)

Müqayisə. Belarus və ya Estoniya kimi ölkələrin oxşar texnopaklarında minlərlə şirkətlər çalışır.

İki il əvvəl yaradılan İnnovasiya Agentliyi nə üçün öz fəaliyyətini qura bilmir? Nə üçün startaplara dəstək göstərə bilmir?

Bir il bundan öncə adı çəkilən Mingəçevir TexnoPark Prezident fərmanı ilə tam olaraq Agentliyin tabeliyinə verilib.

Belə olan halda sual yaranır ki nə üçün Prezidentin fərmanının icrası istiqamətində bir addım da olsa atılmayıb.

Bu sualların hamısının cavabı Agentliyin tabe olduğu NRYTN -dır.

Qurumun isə indiyədək bu istiqamətdə yeganə açıqlaması ondan ibarət olub ki , startaplara dəstək üçün Prezident Fərmanında nəzərdə tutulmayan yeni bir Fond yaratmaq niyyətindədir.

Nazirlik hansı səbəblərdənsə Agentliyin fəaliyyətinin təşkili üçün zəruri olan hüquqi bazanı formalaşdırmır, onun fəaliyyətinin təşkilinə köməklik göstərmir.

Hansı ki belə bir köməkliyin göstərilməsi adı çəkilən fərmanda birmənalı olaraq qeyd edilib.

Yeri gəlmişkən, startaplara dəstəklə bağlı KOBİA və Dövlət Vergi Xidmətinin də göstərməli olduğu dəstək (Startap Şəhadətnaməsi və s.) də uzun müddətdir ki ləngiyir.

Ötən gün Prezident postpandemiya dövründə Azərbaycanda rəqəmsallaşmanın, İKT-nin inkişafının ən prioritet məsələ olacağını açıqlayıb.

Ümid edirəm adı çəkilən, həmçinin sahə ilə əlaqəli digər mərkəzi orqanların rəhbərləri dövlət başçısının bu çağırışları haqqında məlumatlıdırlar.

 

Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department