Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 1 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyaya 968,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.
10 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1,8 % artaraq 486,3 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 70,7 % artaraq 288,3 milyon ABŞ dolları olub.
Ötən 10 ayda Azərbaycan həmçinin Gürcüstana 273,6 milyon ABŞ dolları (16,6 % çox), Ukraynaya isə 171,4 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.


















