MALİYYƏ

Azərbaycan karbamid ixracından gəlirini 50 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 153 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7 % çoxdur.

Təkcə oktyabrda isə Azərbaycan 21,1 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 71,55 % çoxdur.

10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)