Gəncədən 2 şirkətə 4 milyon manatlıq sifariş
![](https://ena.az/uploads/news/2020-06/_ena_687dbc85ac00249ebe5d69eab_o.jpg)
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçələrin işıqlandırma sistemlərinin yenilənməsi (1) və abadlıq-quruculuq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderlərin qalibi müvafiq olaraq "Göygöl təmir-tikinti təchizat T.R." və “Ərdagı” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1,1 milyon manat və 3,2 milyon manat, ümumilikdə isə 4,3 milyon manat ödəniləcək.