Sağlamlıq

ÜST maskaların istifadəsi ilə bağlı təlimatını yeniləyib

Ümumdünya Səhiyyə Təşkilatı maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.

Bu barədə "ENA"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd olunub ki, təlimatlara görə infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. 

"ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib. 

Vətəndaşlarımızı bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırırıq" - deyə, məlumatda qeyd olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)