“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC-nin direktoru Nizami Qəribov vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, şirkətə rəhbərlik Zaur Yaqubova həvalə olunub.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,2 milyon manatdır.