Sosial iqtisadiyyat

Azərbaycan sərhədləri açır? - NAZİRLƏR KABİNETİ AÇIQLADI

Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir. Bununla bağlı “Wizzair” aviaşirkəti bilet satışları da elan edilib.

Bu isə iyunun 15-dən sonra Azərbaycanın digər ölkələrlə sərhədləri açması anlamına gəlir.

ENA.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərhədlərin bağlı qalması müddəti iyunun 15-dək qüvvədədir:

Eləcə də bax: Bakıdan təyyarə biletləri SATIŞA ÇIXARILDI

“Hazırda sərhədlərin açılması müzakirə olunur. Amma iyunun 15-nə kimi bağlı qalacaq. Həmin müddətdən sonra hansı qərar qəbul ediləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Eləcə də bax: Qazaxıstan Azərbaycana aviareysləri bərpa edə bilər

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)