Vakansiyalar

Şirkət mağaza direktoru axtarır - MAAŞ 1500 MANAT

Novas Home 

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

Mağaza direktoru

Vəzifələr:

• Mağazanın effektiv işinin təşkili
• Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili
• Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
• Görülən işin hesabatı
• Malların qəbulu və iadəsinin təşkili
• Malların çeşidinə və keyfiyyətinə nəzarət
• Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək
• Daxili inventarlaşmanın aparılması

Tələblər:

• Uyğun ali və ya orta ixtisas təhsili
• Azərbaycan dilini mükəmməl bilməlidir. İngilis və rus dili bilgiləri arzu olunandır
• Mağaza müdiri və ya müdir müavini vəzifələrində 1 il iş təcrübəsi
• Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti
• Təşkilatçılıq və liderlik bacarıqları
• MS office proqramları sərbəst bilməli
• Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq
• Kreativlik, Dürüstlük, Tələbkarlıq, Müştəri yönümlülük, Dəqiqlik kimi əsas vacarıqlar

Şirkətin öhdəlikləri:

• Aylıq əmək haqqı – 1500 manat
• Korporativ treyninqlərin təşkili
• Altı günlük iş həftəsi
• Şirkətdaxili karyera inkişafı
• Naharla təmin olunma

Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department