Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu - FOTO

Tanınmış idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
ENA.az xəbər verir ki, bu barədə jurnalist özü “Facebook” səhifəsindən açıqlama verib.
O bildirib ki, anası və özü yeni tip koronavirusa (COVİD-19) yoluxub və xəstəliklə mübarizəsi davam edir.
Jurnalistin ilk testinin cavabı neqativ çıxsa da, sonrakı test pozitiv nəticə verib.
O, həmçinin insanlara səslənərək virusa qarşı diqqətli olmağı tövsiyə edib.