Azərbaycanın ADB-yə olan borcu açıqlanıb
Azərbaycanın bağlanmış mövcud müqavilələr üzrə Asiya İnkişaf Bankına (ADB) borcu 2,8 mlrd ABŞ dolları təşkil edir.
ADB-dən əldə edilən məlumata görə, bu vəsaitin 9,4%-i yaxud 264 milyon ABŞ dolları müqavilələr üzrə imzalanmış, amma hələlik ADB tərəfindən Azərbaycana ödənməyən vəsaitlərdir.
Qeyd edilən borcun 90,6%-i yaxud 2,54 mlrd ABŞ dolları isə bu vaxta qədər icra edilmiş layihələr üzrə qaytarılmayan borclardır.
Bank tərəfindən transferi nəzərdə tutulan 264 milyon ABŞ dollarlıq vəsait dəmiryolu və avtomobil yollarının inşası ilə bağlı layihələrə aiddir.
Qeyd edək ki, 21 illik əməkdaşlıq dövründə Asiya İnkişaf Bankı Azərbaycana dövlət və özəl sektorlarına aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard ABŞ dollara yaxın vəsait ayırıb.