Avtomobil

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 8 186 ədəd avtomobil idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Avtomobillərinin ümumi dəyəri 85 039,8 min ABŞ dollarına bərabər olub.

İllik müqayisədə qonşu ölkədən Azərbaycana ixrac olunan minik avtomobillərin sayı 3 152 ədəd və ya 1,6 dəfə artıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)