47 dövlət əmlakı özəlləşdirilir
Dekabrın 25-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 47 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.
Komitədən "BI"yə verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarınsan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir.
Bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək olan ümumi faydalı sahəyə malik əmlak – “Taxıl qəbul məntəqəsi” Qobustan şəhərində yerləşir. Ümumi faydalı sahəyə 3 763,3 kv.m olan adıçəkilən müəssisə 19 min 551 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Gəncə şəhəri, Nizami rayonundakı obyektin isə ümumi faydalı sahəsi 299 kv.m-dir. Xidmət sahəsi üzrə gəlirli fəaliyyət üçün uyğun olan bu əmlak da torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.
“Paytaxtdakı qeyri-yaşayış sahələri kiçik sahibkarlıq fəaliyyəti üçün uyğundur. Bu obyektlərdən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 106.9 kv.m-dir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir”, - deyə məlumatda vurğulanb.
2005- 2007-ci illərdə istehsal olunan “Nissan”, “Hyundai”, “QAZ”, “UAZ”, və “Ford” markalı nəqliyyat vasitələri də özəlləşməyə çıxarılıb.