Sənaye

Hazırda nefti bahalaşdıran 6 SƏBƏB

Xəbər verdiyimiz kimi bu gün neft qiymətləri yüksəlir. ABŞ xam neftinin qiyməti son 2 ayda ilk dəfə 30 dolları keçib. Brent neftinin qiyməti isə 4% bahalaşma ilə 33,78 dollara yüksəlib.

Bəs yenidən neft qiymətlərinin yüksəlməsinə hansı amillər təkan verir?

Hazırda nefti bahalaşdıran səbəblər:

1. ABŞ-da aktiv neft qazma qurğularının (qüllələrinin) sayı ardıcıl doqquzuncu həftədə də düşüb və 10 ildən çox müddətin ən aşağı səviyyəsinə enib.

2. ABŞ neftinin yığıldığı və paylandığı mərkəz olan Cushing, Oklahomadakı anbarlar Fevral ayının sonundan bu yana ilk dəfə azalıb.

3. İraq, etiraz nümayişlərilə əlaqədar olaraq neft sahələrindən birində istehsalı dayandırmağı planlaşdırdığını açıqlayıb.

4. Neft İxrac edən Ölkələr birliyi və tərəfdaşları (OPEC + koalisiyası) bu ayın əvvəlindən hasilatı gündəlik təxminən 10 milyon barel azaldır. ABŞ istehsalçıları da istehsalı azaldaraq cəld bir reaksiya veriblər.

5. OPEC + koalisiyası öhdəliklərə ciddi əməl edir.

6. Ölkə iqtsadiyyatlarının yenidən açılması ilə neftə tələb artmağa başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)