“ASAN Xidmət”də YENİ TƏYİNAT
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ("ASAN Xidmət") yeni təyinat olub.
ENA.az xəbər verir ki, Azər Bayramov qurumun sədrinin müşaviri təyin edilib.
O, bundan əvvəl təxminən 6 ay “AzerTelecom” MMC-nin direktorunun strategiya üzrə müşaviri vəzifəsində, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində çalışıb.