Bank

Azərbaycana xaricdən pul köçürmələrində böyük artım

2018-ci ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

"BI" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, ilkin rəqəmlərə əsasən 2018- ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 998 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 milyon manat və ya 32,2% çoxdur.

Bu ilin III rübünü 2016-cı ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, ölkəyə daxilolan pul köçürmələri 337 milyon dollar 50,98% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department