Azərbaycanda dezinfeksiya tunelinin istehsalına başlandı
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC və SmartHome şirkəti dezinfeksiya tunelinin birgə istehsalına başlayıb. “Elsmart” brendi ilə istehsal olunan bu avadanlığın elektron sistemi SmartHome, konstruksiyası STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.
Bu dezinfeksiya tunellərindən yalnız pandemiya dövründə deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. Dezinfeksiya tunellərinin həm yerli, həm də xarici bazarlara satışı nəzərdə tutulur.