Sənaye

Azərbaycan neftini büdcə qiymətindən 45,4 % baha satıb

Bu ilin I yarısında dünya bazarında "Azeri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 94,5 ABŞ dolları olub ki, bu da 2026-ci ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (65 ABŞ dolları) 45,4 % çoxdur.

Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədinə əsasən, Azərbaycan neftinin orta qiyməti: 

yanvarda 58,4 ABŞ dolları,

fevralda 71,1 ABŞ dolları,

martda 106,4 ABŞ dolları,

apreldə 120,1 ABŞ dolları,

mayda 111,8 ABŞ dolları,

iyunda isə 89 ABŞ dolları təşkil edib.

Ümumilikdə ÜDM-in strukturunda qeyri-neft-qaz sektoru 69,9 faiz, neft-qaz sektoru isə30,1 faiz paya malik olmuşdur. İlin ilk yarısında əvvəlki ilin müvafiq dövrü imüqayisədə əmtəəlik qaz hasilatı 1,1 faiz artsa da, əmtəə lik neft hasilatında 3,1 faizlik azalma qeydə alınmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)