İnşaat və əmlak

Azərbaycanda tikintiyə icazə almaq asanlaşacaq

Qarşıdakı bir ildə Azərbaycanda tikintiyə icazə prosesinin asanlaşdırılması gözlənilir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Qeyd edək ki, Dünya Bankının açıqladığı "Doing Business" hesabatına görə, Azərbaycan tikintiyə icazələrin verilməsinin asanlığına görə 161-ci yerdən 61-ci yerə yüksəlib.

Amma V.Qasımlı bildirib  ki, bu Azərbaycan tərəfini qane etmir, çünki Azərbaycan ümumi göstəricisinə görə, 25-ci yerdədir.

V.Qasımlı bildirib ki, bu sahədə ciddi islahatlar gözlənilir: "İlk növbədə tikintidə yaradılan bir pəncərənin işinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.  İkincisi, "Doing Business" hesabatında bildirilir ki, Azərbaycanda tikintiyə icazə alınması üçüq 18 prosedur tələb olunur. Bu bizi qane etmir, məqsəd odur ki, prosedurların sayı 10-dan az, yəni 8-9-a endirilsin.

Prosedurların sayı ilə yanaşı, icazə almağa sərf olunan vaxt və sərf edilən maliyyənin azaldılması da nəzərdə tutulur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)