Sağlamlıq

Azərbaycanda baş həkim işdən çıxarıldı

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi işdən azad olunub.

Məlumata görə, baş həkim Azad İlyas oğlu Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Hazırda həmin vəzifəyə yeni təyinat yoxdur.

Qeyd edək ki, A.Quliyev bu vəzifədən öncə uzun müddət Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)