Sənaye

Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır

Səudiyyə Ərəbistanın “Saudi Aramco” şirkəti iyun üçün neftin ixrac qiymətini açıqlayıb. Əgər son aylarda neft istehsalçısı qiymət müharibəsini apararaq qiymətləri aşağı salırdısa, indi nəhayət qaldırmaq qərarına gəlib.

ENA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Neft bazarındakı vəziyyət yaxşılaşmağa başlayıb və barel təkcə fyuçers bazarında deyil, eyni zamanda fikizi bazarda da bahalaşıb. Tələbat tədricən bərpa olunur, baxmayaraq ki, əvvəlki səviyyədən hələ çox uzaqdır.

Səudiyyə Ərəbistanın qiymətləri qaldırmaq qərarı karbohidrogen bazarının sabitləşməsi üçün əlavə bir siqnal ola bilər.

Mütəxəssislərin qeyd etdiyi kimi, hazırda neft bazarı öz volatilniyi fərqlənir, gün ərzində qiymətlər 10-25% dəyişir və bu heç kimi təəccübləndirmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)