“Tesla” tələb olunan həddi aşıb – İlon Mask 706 mmilyon dollar mükafat alacaq
“Bloomberg” in verdiyi məlumata görə, son altı ay ərzində “Tesla” nın orta bazar kapitallaşması 100 milyard dollar təşkil edib. Bununla da şirkət İlon Maskın mükafat alması üçün tələb olunan həddi aşmış olub.
ENA.az bu barədə “vc.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, İlon Mask maaş almır və onun kompensasiya paketi 12 hissəyə bölünmüş 20,3 milyon opsiondan ibarətdir. Opsionları almaq üçün “Tesla” nın dəyəri artmalıdır. Ümumilikdə Mask 50 milyard dollardan çox qazana bilər.
İlk mükafat olaraq Mask hər birinin qiyməti 350,02 dollar olan 1,69 səhm ala bilər. Xatırladaq ki, “Tesla” nın bir səhmi 768,21 dollar dəyərindədir. Beləliklə, İlon Maskın sahib olduğu opsionların dəyəri 706 milyon dollar təşkil edir.