Vakansiyalar

Şirkət mühasib axtarır - MAAŞ 1500-2000 MANAT

Vakansiyanın adı: Mühasib/Baş mühasib

Əsas tələblər:

• Təhsil: Ali (Mühasibat uçotu və audit, İqdisadiyyat, Menecment və Maliyyə ixtisasları)
• Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi
• Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı.
• Ofis proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə)
• ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
• Komanda ilə işləmə qabiliyyəti;
• Operativlik, məsuliyyətlilik;
• Analitik düşünmə, analiz etmə, diqqətlilik;
• Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti;
• Ədalətlilik və düzgünlük.

Vəzifə öhdəlikləri:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Kreditor və debitorlarla hesablaşmalar;
- Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinməsi ;
• Əmək haqqı, məzuniyyət və ezamiyyətin hesablanması;
• DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim edilməsi;
• Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi.

İş şəraiti:

• İş qrafiki : 5 tam iş günü.
• İş yeri- Bakı şəhəri.
• Nahar fasiləsi: 13:00-dan 14:00-dək
• Əmək haqqı: 1500-2000 AZN.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzü hissəsində “Baş mühasib” qeyd edərək CV formanızı chinara.mikailzade93@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department