Sağlamlıq

Onkologiyada yeni müalicə üsulu tapıldı

ABŞ-da Harvard Tədqiqat İnstitutu və Harvard Con Paulson Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin alimləri müalicə olunmayan onkoloji xəstəlikdən xilas olmaq üçün yeni üsul tapıblar.

ENA.az xəbər verir ki, “Science Advances” nəşri bu barədə məlumat yayıb.

Xəbərdə bildirilib ki, alimlər “kürək çantası” adlanan hissəcik hazırlaya biliblər. Bu hissəciklər makrofaqları (immun sistemi hüceyrələrini) insan bədənində şişlə mübarizə aparmağa məcbur edir.

Normal vəziyyətində makrofaqlar virusları, bakteriyaları və xərçəng hüceyrələrini öldürür. Bununla birlikdə, makrofaqın şişin böyüməsinə təsir edən maddələrinin təsiri altında zərərli hüceyrələr də maddələr ifraz edə bilir.

Mütəxəssislər tərəfindən hazırlanan hissəciklər makrofaqların şişə qarşı təsirini aktivləşdirən sitokinləri tədricən məhv edir. Tədqiqat zamanı bu metod bədəndə immunitetin zəif olduğu halda belə süd vəzisi xərçənginin müalicəsində effektli təsirini göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)