Bakının Yasamal, Binəqədi və Nəsimi rayonlarında koronavirusa yoluxma üstünlük təşkil edir
"Son həftələrdə koronavirusa yoluxma hallarında azalma müşahidə olunurdu. Amma aprelin 27-də karantin rejiminin yumşaldılmasından sonra yenidən artım müsahidə olundu".
ENA.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, mayın 1-dən isə yoluxmada azalma müşahidə olunur: "Yoluxma hallarının azalması ilə sağalma hallarında artma müşahidə olunur. Bilməliyik ki, karantinin bitməsi nəticəsində biz hər ssenariyə hazır olmalıyıq".
R. Bayramlı qeyd edib ki, Bakının Yasamal, Binəqədi və Nəsimi rayonlarında yoluxma üstünlük təşkil edir: "Sumqayıyda yoluxma 3.2 faizdir. Burada əhalinin sıxlığı əsas göstəricidir".