Mərkəzi Bank faiz qərarını AÇIQLADI
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
ENA.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib, aşağı həddi isə 6,75% saxlanılıb.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə iyunun 19-da baxacaq.