Sağlamlıq

Vyetnam Azərbaycana 10 min tibbi maska göndərib

Vyetnam-Azərbaycan dostluq assosiasiyası COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana 10 min tibbi maska təhvil verib.

Bu barədə “Vyetnamın səsi” agentliyi məlumat verib.

Dostluq Assosiasiyasının sədri Nghim Vu Hay aprelin 28-də Azərbaycanın Vyetnamdakı səfirliyində keçirilən tədbir zamanı bildirib ki, bu təşəbbüs Azərbaycanda təhsil almış vyetnamlı tələbələr tərəfindən irəli sürülüb.

O əlavə edib ki, aprelin 26-da Vyetnam-Azərbaycan dostluq assosiasiyası Vyetnamın Fukuok adasında pandemiya ilə əlaqədar iş yerlərini itirmiş azərbaycanlılara yardım məqsədilə 1000 dollardan çox maliyyə vəsaiti toplayıb.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov öz növbəsində bu addıma görə Vyetnam xalqına təşəkkürünü bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)