BİZNES

“Sehrbaz” adlandırılan milyarder: Uorren Baffet

Uorren Baffet 1930-cu il avqustun 30-da Nebraska ştatında, Omaha-də dünyaya gəlib. Milyarderin tərcüməyi halı investisiya, qazanc, biznes ilə bağlıdır.

Uorrenin özü də etiraf edirdi ki, kapitalın artırılması prosesi onu həmişə cəlb edib. O, həmişə bilirdi ki, bir gün milyardların sahibi olacaq. Biznesmen, dünyanın ən varlı insanlarından biridir, 2018-ci ildə o sərvətinin həcminə görə, ABŞ-ın üçüncü insanı idi.

Uorren Baffet sehrbaz, Omaha-nın sehrbazı, Omahadan orakul (gələcəkdən xəbər verən-red.) ləqəbləri ilə də məşhurdur. Milyarder bəşəriyyət tarixində ən böyük xeyriyyəçilərdən biridir.

2010-cu ilin iyununda o, vaxt 97 milyard dollarlıq sərvətini heç bir qarşılıq güdmədən beş xeyriyyə fonduna yatırdığını elan etmişdi. Baffet 1956-ci ildə doğma Omaha-da özünün birinci şəxsi investisiya əməkdaşlıq şirkətini qurur.

Cəmi beş il ərzində isə onun səhmlərinin dəyəri, gözlənilməz bir şəkildə 251%-ə qədər artır. İnvestorun taktikası sadəcə şirkətin hesabatlarda qeyd olunan illik mənfəəti ilə məhdudlaşmırdı.

Uorren Baffetin məşhur sitatı isə belədir:

“Səhm satmaq üçün ən sevdiyim zaman-heç vaxtdır!”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)