Sənaye

BP xərclərini azaldır

BP şirkəti xərclərini azaldaraq növbəti ildə neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından aşağı olması halında da mənfəət əldə etmək niyyətindədir.

Bu barədə BP-nin Baş icraçı direktoru Bernard Luni bildirib.

O qeyd edib ki, şirkət neftin qiymətindəki azalma səbəbindən 2020-ci il üzrə xərclərini 25% azaldaraq 12 mlrd. ABŞ dolları olacağını, hətta əlavə olaraq 1-2 mlrd. dollar məbləğində də azalma ola biləcəyini elan edib.

BP-nin rəhbəri qeyd edib ki, koronavirus səbəbindən II rübdə gündəlik qlobal neft tələbatının 15 mln. barel azalacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)