BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin
Ölkələr koronavirus pandemiyasından sonra yeni bir iqtisadiyyat yaratmaq və iş yerlərini artırmaq üçün addım atmalıdırlar.
ENA.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.
Hesabatda bildirilir ki, dünyada əvvəlki normal həyat olmayacaq. Mütəxəssislər hesab edirlər ki, bu dönəmdə hökumətlər tərəfindən həyata keçirilən maliyyə tədbirləri gələcəyə öz təsirini göstərəcək.
BMT-nin proqnozuna görə, 2020-ci ilin ikinci rübündə 195 milyon insan koronavirus pandemiyası səbəbindən işsiz qalacaq. İşsizlik və yoxsulluq həddi tarixdə ilk dəfə bu səviyyəyə çatacaq.
BMT ekspertlərinin fikrincə, ən çox itki verənlər kiçik və orta müəssisələr, eyni zamanda, kənd təsərrüfatı işçiləri, fərdi işləyənlər və əmək miqrantları olacaq.
Aprelin əvvəlində Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva bu böhranı 1929-cu ildə başlanan Böyük Depressiya ilə müqayisə edərək, son 100 ildə baş verən qlobal iqtisadi böhranların ən pisi adlandırıb.