Daha 200 min vətəndaşa 190 manat veriləcək - RƏSMİ
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı prosesi davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, birdəfəlik ödəmə təyin edilən şəxsə qeydiyyata alınan zaman qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir:
“Vətəndaş evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilirsə, istənilən poçt şöbəsinə, bank göstərilirsə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni əldə edir”.
Bildirilib ki, bu günədək artıq 400 min şəxs üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.