Koronavirus Azərbaycan iqtisadiyyatına hər gün nə qədər zərər vurur? - AÇIQLAMA
“Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu zərər kifayət qədər böyük məbləğdədir”.
ENA.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, koronavirusun Azərbaycana vurduğu zərərin həcmi hər gün üçün 120-150 milyon manat olaraq qiymətləndirilə bilər.