Sağlamlıq

"Karantin tədbirlərinin tam aradan qaldırılması yenidən kütləvi yoluxma gətirə bilər"

"Karantin rejiminin tətbiqi ilə ölkədə virusun kütləvi yayılmasının qarşısı alınıb".

ENA.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, tədbirlərin yumşaldılması və karantin rejiminin mərhələli ləğvi zərurəti yaranıb:

"Bir sıra ölkələr bu rejimdən mərhələli şəkildə çıxmağa hazırlaşır. Karantin tədbirlərinin tam aradan qaldırılması yenidən kütləvi yoluxma dalğası gətirə bilər. Ona görə də karantin rejimi mərhələli şəkildə ləğv edilməlidir".

R.Bayramlı qeyd edib ki, vaksinasiya probleminin yaxın bir il ərzində həll olunması sual altındadır:

"Ona görə vətəndaşlar bu məsələyə ciddi yanaşmalı və arxayınlaşmamalıdırlar".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department