Azərbaycanda koronavirusla bağlı alternativ müalicə metodları sınaqdan keçirilə bilər
Azərbaycanda COVID-19 xəstələri üçün nəzərdə tutulmuş kök hüceyrə kimi alternativ müalicə metodları Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə sınaqdan keçirilə bilər.
ENA.az xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.
Sənəddə qeyd edilir ki, COVID-19 pozitiv klinik simptomları olan və ağciyərlərində kompyuter tomoqrafiya ilə bilateral infiltrasiyası görülən KRDS (Kəskin Respirator Distress Sindrom) hallarında immun plazma tətbiqi Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə tətbiq oluna bilər.
Sənəddə bildirilir ki, pnevmaniya əlamətinə rast gəlinməyən və ya başqa bir səbəblə göstərişin olmadığı təqdirdə, bu xəstələrdə antibiotik müalicəsinin əlavə edilməsinə ehtiyac yoxdur.