Azərbaycan qonşusuna 23,4 min ton yanacaq satıb: STATİSTİKA
Yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 23,4 min ton yanacaq alıb. Bu isə Gürcüstanın ümumi istehlak etdiyi benzin və dizel yanacağınln həcmində 9,6 faiz paya malik olduğunu göstərir.
ENA.az xəbər verir ki, Gürcüstan Neft İdxalçıları Birliyinin məlumatına görə, bu ilin üç ayı ərzində ölkəyə 128,6 min ton benzin (azalma 4,7%) və 115.9 min ton dizel yanacağı (artım 18.8%) gətirilib.
Agentliyin məlumatına görə, ötən il olduğu kimi, ən çox yanacaq Rusiyadan idxal edilib. Yanvar-mart aylarında bu ölkədən 64,3 min ton benzin və dizel yanacağı tədarük edilib ki, bu ümumi həcmdə 26.3% təşkil edir. Ən böyük tədarükçülər arasında ikinci yerdə Rumıniya, 51,7 min ton (21,2%), üçüncü yerdə Türkmənistan 41,5 min ton (17%) qərarlaşıb. Sonrakı sıralamada Bolqarıstan - 24 min ton (9,8%), Azərbaycan - 23,4 min ton (9,6%), Qazaxıstan - 15.4 min ton (6.3%), Yunanıstan - 13.3 min ton (5.4%), Türkiyə - 9.1 min ton (3.7%) gəlir.