Şahdağ Turizm Mərkəzinin İdarə Heyətinə yeni təyinat olub
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni müavin təyin edilib.
ENA.az xəbər verir ki, bu, Zaur Dibirovdur. O, aprel ayından başlayaraq bu vəzifəsində çalışacaq.
Z.Dibirov, buna qədər “PASHA Travel” MMC-də maliyyə direktoru vəzifəsində çalışırdı.
Daha əvvəl isə “ABSHERON Hotel Group” MMC-də eyni – maliyyə direktoru vəzifəsində çalışırdı.