Sənaye

Səudiyyə Ərəbistanı neft bazarını tənzimləyəcək

Səudiyyə Ərəbistanı OPEC+ formatının digər iştirakçıları ilə birgə neftin qiymətlərini tənzimləmək üçün əlavə addımlar atmağa hazırdır.

ENA.az SPA-ya istinadən xəbər verir ki, bu barədə hökumətin açıqlamasında bildirilir.

Qeyd edək ki, aprelin 12-də OPEC+ formatının iştirakçı ölkələrinin iqtisadiyyat nazirləri cari ilin may-iyun aylarında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, mart ayının 6-da OPEC+ ölkələrinin görüşü zamanı hasilatın ikinci rübdə əlavə olaraq 1,5 milyon barel azaltmağa dair yekdil razılığa gələ bilməməsindən sonra bazarda sabitsizlik başlamış, neft birdən-birə 30 faiz ucuzlaşmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)